Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Ankara Qarabağ probleminin həllində Moskvaya təsir edə bilər” - Ekspert

Reklam: High Technic

“Fikrimcə, Çavuşoğlunun bu yaxınlarda Bakıya olacaq səfəri daha çox Dağlıq Qarabağ konfliktilə bağlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana baş tutacaq səfərinin məqsədlərini dəyərləndirərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

“İki strateji müttəfiq arasında görüşlər daim davam etməlidir. Belə əlaqələr daimi xarakter daşımalıdır. Amma əlbəttə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Bakıya olan səfərindən dərhal sonra xarici işlər naziri Mövlut Çavuşoğlunun da gəlməsi müəyyən suallar doğurur. Fikrimcə, Çavuşoğlunun iyulun 24-də Bakıya olacaq gəlişi daha çox Dağlıq Qarabağ konfliktilə bağlıdır. Çünki Türkiyə bu istiqamətdə də fəallığını artırmaq, əlindəki imkanlardan istifadə etmək istəyir. Bildiyiniz kimi, Ankaranın Moskva ilə çox sıx tərəfdaşlıq münasibətləri var.
Ankara Moskvaya da təsir edib Qarabağ prosesinin həllinin sürətlənməsində mühüm rol oynaya bilər. Bu istiqamətdə Bakının da müəyyən təklifləri olacaq. Ona görə də daimi təmaslara çox ehtiyac var.

Bilirsiniz ki, Çavuşoğlu bir müddət əvvəl Ərdoğan başda olmaqla Bakıya gələn Türkiyə nümayəndə heyətinin tərkib hissəsində idi. Ölkəmizə xarici işlər naziri gəlirsə, deməli konkret olaraq baş tutacaq görüşlərdə əsas müzakirələr daha çox Qarabağ məsələsi üzərində köklənəcək”.

Qeyd edək ki, iyulun 24-də Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana rəsmi səfərə gələcək. Onun burada Azərbaycan dövlət başçısı ilə də görüşü gözlənilir. Özü də bu səfər Türkiyə prezidenti Ərdoğanın Bakıya olan son səfərindən qısa müddət keçəndən sonra reallaşır.

ELÇİN

www.yenicag.az

2407
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS