!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada Türk İnternet Media Forumu başladı: Azərbaycanı Aqil Ələsgər təmsil edir

!Reklam – Yazi

Türkiyənin paytaxtı Ankarada Türk İnternet Media Forumu başlayıb.

Yenicag.az xəbər verir ki, Türk İnternet Media Birliyi və Türkiyənin Radio və Televiziya Yüksək Şurasının (RTÜK) birgə təşkilatçılığı ilə keçirilən forumda 7 ölkədən çox sayda jurnalist iştirak edir.

Forumda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan, RTÜK sədrinin müavini Orxan Özdəmir, İnternet Media və İnformasiya Federasiyasının sədri Süleyman Basa və digərləri çıxış ediblər.

Tədbirdə, həmçinin İkinci Qarabağ savaşında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə-Azərbaycan qardaşlığın media əməkdaşlığı formatı müzakirə olunub.

Vətən savaşı sırasında müharibə həqiqətlərinin dünyaya ötürülməsində Türkiyənin internet media resurslarının rolundan bəhs edilərək qeyd olunub ki, Türk dünyasının internet media sahəsində əməkdaşlığı informasiyaların dəyişikliyə uğramadan ictimaiyyətə çatdırılmasını təmin edir. Bu mənada, sözügedən işbirliyinin daha da inkişaf etdirməsinin vacibliyi vurğulanıb.

Onu da bildirək ki, beynəlxalq forumda Azərbaycanı “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər təmsil edib.

Qeyd edək ki, forumda internet medianın hazırkı durumu müzakirə edilib, bununla bağlı hazırlanan yeni qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb, mövcud vəziyyət və perspektivlər haqqında çıxışlar edilib.

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv