!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankaradan İrəvana MESAJLAR: “Münasibətlərin normallaşması bu sənədin imzalanmasından keçir”

!Reklam – Yazi

“Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın söylədiyi fikirlərə münasibət bildirib.

E. Şahinoğlunun sözlərinə görə, Ankara İrəvana bir neçə dəfə mesaj göndərib ki, Ermənistan hökuməti Türkiyə ilə sərhədin açılmasını, diplomatik əlaqələrin bərpasını istəyirsə, birinci növbədə, Azərbaycanla məsələlərini həll etməlidir:
“Türkiyənin Ermənistana ehtiyacı yoxdur, Ermənistanın Türkiyə ilə əməkdaşlığa, ticarət əlaqələrinə və Türkiyə üzərindən dünya bazarlarına çıxışa ehtiyacı var. Odur ki, Ermənistan bütün bunları istəyirsə, Azərbaycanla sülh sazişinin imzalamağa hazır olmalıdır. Bunun üçün isə Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülh “Cənubi Qafqaz evi”nin yaranmasına şərait yaradacaq. “Cənubi Qafqaz evi” hər 3 ölkənin – Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına cavab verir”.

Xatırladaq ki, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib ki, 1991-ci ildən bəri Ermənistan hökumətləri üçün Türkiyə ilə münasibətlərin normallaşdırılması strategiyasının bir parçası olmayıb. “Türkiyəli qonşularımızın siyasi iradəsi olarsa, biz sabah münasibətləri həll edə bilərik”, – Rubinyan bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv