“Ankaranın cavabı çox sərt olacaq”
“Əgər bizim əsir düşmüş vətəndaşların başına bir iş gəlsə, Ankaranın cavabı çox sərt olacaq”.
Bu açıqlama ilə Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu çıxış edib. O, heç kimə Türkiyənin gücünü və qüdrətini sınağa çəkməyi məsləhət görməyib.
Davudoğlu həmçinin bildirib ki, Mosuldakı Baş Konsulluqdan əsir götürülən türk vətəndaşlarının sağ-salamat olması haqqında səhih bilgi var və Türkiyə öz vətəndaşlarını geri qaytarmaq üçün hər şeyi edir: “Türkiyə belə gərginliyi ilk dəfə deyil ki, yaşayır. Bizim belə məqamda atacağımız addımı hamı bilir: hansı yolla olursa-olsun, vətəndaşlarımızı sağ-salamat Türkiyəyə gətirmək”.
Qeyd edək ki, İŞİD Mosulda yerləşən Türkiyə Konsulluğunu ələ keçirib. Hazırda terrorçuların əlində 49 türk vətəndaşı əsirdir.