Apple sosial şəbəkə alır

media-hightechnic-468x90

8704Amerika şirkəti “Apple” yaxın dostlar üçün sosial şəbəkə olan “Path”ı ala bilər.

Bu barədə “PandoDaily” portalı “Apple”da olan mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən danışıqlar son mərhələdədir və yaxın günlərdə razılaşma imzalana bilər. Razılaşmanın bir dəlili kimi də “Path”ın yaradıcısı Deyv Morinin “Apple”ın 9 sentyabrda keçirilən təqdimatında iştrak etməsi göstərilir.

Qeyd edək ki, “Path” sosial şəbə kə olaraq yaxın dostlar üçün nəzərdə tutulub və burada dost sayı 150 kontakt ilə məhdudlaşır. Sosial şəbəkənin ümumi istifadəçisi 25 milyon hesablanıb.

İOS üçün ən tanınmış sosial şəbəkələr sırasında “Path”177-ci yerdədir.

Xatırladaq ki, “Apple”ın bundan əvvəlki sosial şəbəkə bazarına giriş cəhdləri uğursuz sayılır. Buna misal olaraq 2010-cu ildə”iTunes”ilə birgə təqdim olunan və uğursuzluğa düçar olan “Ping” musiqi xidmətini göstərmək olar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600