!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Apple” ucuz “iPhone” təqdim edəcək - Qiyməti açıqlandı

!Reklam – Yazi

“Apple” korporasiyası 2020-ci ilin əvvəlində “iPhone SE 2” smartfonunu təqdim edəcək.

Yenicag.az xəbər verir ki, “iPhone” 8 korpusunda təqdim ediləcək smartfon texniki xüsusiyyətlərinə görə “iPhone 11” cihazına yaxın olacaq: “A13” prosessoru, 3 QB əməli yaddaş və 64/128 QB daşıyıcı.

Telefon “3D Touch” texnologiyasını dəstəkləməyəcək. 3 rəngdə (qara, ağ və qırmızı) buraxılacaq telefonun  satış qiyməti 400 dollar təşkil edəcək ki, bu da “iPhone 8” aparatının indiki qiymətindən 50 dollar ucuzdur.

2020-ci ilin birinci yarısında sözügedən aparatın satışına başlanılacaq.

Qeyd edək ki, orijinal “iPhone SE” aparatı 2015-ci ildə təqdim edilib, bu aparatın istehsalı “Xs” cihazının təqdim edilməsindən sonra dayandırılıb. Smartfon indiyədək şirkət tərəfindən dəstəklənir və hazırda “iOS” sisteminin son versiyası sözügedən aparat üçün əlçatandır.

www.yenicag.az

5017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv