“Apple”in Çindəki “iPhone” fabrikində etiraz aksiyası keçirildi

media-hightechnic-468x90

“Apple”in Çindəki əsas “iPhone” istehsal fabrikində yüzlərlə işçi etiraz aksiyasına qoşulub.

Yenicag.az “Sozcu”yə istinadən bildirir ki, “Apple” şirkətinin bir çox məhsulunu, xüsusən də “iPhone” istehsal edən Çindəki “Foxconn” fabrikinin işçiləri COVID-19 məhdudiyyətləri səbəbindən yaradılan iş sistemi ilə əlaqədar olaraq etiraz aksiyası keçiriblər. Aksiya zamanı təhlükəsizlik qüvvələri ilə əlbəyaxa dava düşüb.

“Foxconn” nümayəndələri hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, “Apple”in yeni nəsil telefonlarının 4/5-ü bu fabrikdə istehsal olunur.

Gülşən

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa