İsrail ABŞ-ni İranla bağlı xəbərdar ETDİ
İsrail ABŞ-nin iştirakı olmadan İrana hücum edə biləcəyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti yazıb.
İsrail rəsmilərinə istinadən verilən məlumatda Təl-Əvivin Vaşinqtona lazım gələrsə, ABŞ-nin iştirakı olmadan da İrana birtərəfli hücum edə biləcəyini bildirilib.
İsrail hərbi və siyasi rəhbərliyindən bir mənbə qeyd edib:
“Əgər İran ballistik raketlərlə qırmızı xəttimizi keçsə, təkbaşına hücum edəcəyik”.
Mənbə əlavə edib ki, təcili hücum planları hazırda işlənmir, amma vəziyyət yaxından izlənilir.
Qəzet yazır ki, bu narahatlıq ABŞ-nin İrana məhdud hücum qərarına gəlsə belə İsrail hökumətinin mövqeyinə uyğun deyil.
Nəsimi Ələsgərli












