Aprel döyüşlərinin iştirakçısı itkin düşdü - FOTO

media-hightechnic-468x90

Masallı rayon sakini 5 gündür evdən çıxıb və geri qayıtmayıb. 

Yenicag.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Famil Quliyev evdən çıxan zaman üzərində pul olmayıb:

“Aprel döyüşlərinin iştirakçısıdır. Beş gündür evdən çıxıb, qayıtmayıb. Ən son onu Bakı şəhərində görüblər, amma biz bilmirik ki, oğlum pulu olmadan ora necə gedib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza bildirilib ki, həmin şəxsin yaşadığı ünvanı tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət olunub:

“Hazırda onun tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir”.

Qeyd edək ki, F.Quliyevin psixoloji problemləri var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600