“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) və Mətbuat Şurasının İdarə heyətlərinin üzvü Aqil Ələsgər Avropaya işgüzar səfər edib.
Yenicag.az xəbər verir ki, Aqil Ələsgər səfər çərçivəsində İsveçrənin Sürix şəhərində fəaliyyət göstərən “Post” qəzetinin redaksiyasında olub.
Aqil Ələsgər qəzetin baş redaktoru və TİMBİR-in İsveçrə təmsilçisi Ömər Çəlik ilə görüşüb.
Görüşdə türk dünyasının media imkanları haqqında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.
Aqil Ələsgər türk diasporunun Avropadakı səsi olan “Post” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə türkdilli media əlaqələrinin gücləndirilməsinin önəminə diqqət çəkilib.
Qeyd edək ki, A.Ələsgər Avropadakı işgüzar təmaslarını davam etdirəcək.
www.yenicag.az