Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan 161 sahibkarlıq subyektində reyd keçirib.
Agentlikdən Yenicag.az-a verilən məlumata görə, iyulun 6-da Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 51 ictimai iaşə obyekti, 110 ərzaq satışı mağazası olmaqla ümumilikdə 161 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 95-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Cavid”, “Oba”, “Neptun” (Tblisi prospekti), “Neptun” (C.Məmmədquluzadə küçəsi), “Sweet home”, “Ucuz”, “Ailə”, “Dadaş”, “Elnur”, “Möcüzə”, “Qarabağ” marketlər, Novruzov Adil Ağabala oğluna, Aslanova Fatimat Əhməd oğluna, Hüseynova Xuraman Güloğlan oğluna, Quliyeva İradə Kamal qızına, Əliyeva Şəfəq Hüseynağa qızına, Eyyubov Rüstəm Nüsrət oğluna, Kazımova Humay Fəttah qızına, İmanov Fikrət Şahbala oğluna, Əliyeva Sənubər Tanrıverdi oğluna, Vəliyev Sənan Məhiyəddin oğluna məxsus ərzaq mağazaları, “İnkişaf-İnvest İstehsalat Kommersiya” firmasına məxsus 28 May bazar, “Sabunçu-Bazar” ASC-yə məxsus 5 saylı Kolxoz bazar, “Çamaşırxana kombinatı” ASC-yə məxsus Kəndli Yarmarkası, “Əlincə A” MMC-yə məxsus Biləcəri bazar, “Təbriz” kiçik müəssəsinə məxsus Keşlə bazar, “Ticarət mərkəzi-6” ASC-ə məxsus 6 saylı bazar, Adil Paşayev Süleyman oğluna məxsus 15 saylı bazar, “Sahil Ticarət” MMC-yə məxsus Sahil bazar, “Qaya M LTD” MMC-yə məxsus Yaşıl bazar, “Şamxal” kiçik müəssisəsinə məxsus Binə bazar, “Xəyal” Ticarət mərkəzində fiziki şəxs Xəyal Rəcəbli Fikrət oğluna məxsus Maştağa bazar, “Nəzrin-E” MMC-yə məxsus bazar, “Kəngərli” firmasına məxsus bazar, “Suraxanı-Bazarı” ASC-yə məxsus Suraxanı bazarı, “Vüqar-2” firmasına məxsus bazar
Digər şəhər və rayonlar üzrə:
Sumqayıt şəhərində “Araz Supermarket”, “Bakı” və “Stop” ərzaq mağazaları
Quba rayonunda Rzayeva Gülüstan Mirsaleh qızına məxsus market, Əfruz Rövşən Sevda Murtuz qızına məxsus şirniyyat mağazası, Məmmədov Zöhrab Əhmədağa oğluna və Səfərəliyev Nazim Kazım oğluna məxsus kafelər
Salyan rayonunda “Səma”, “Bərəkət” və “Mini” marketlər, İsmayılova Sevindik Əvəzağa oğluna məxsus kafe
İsmayıllı rayonunda “Qoşa bulaq”, “434”, “Azad”, “Final” marketlər, Adıgözəlov Murad İlham oğluna məxsus ət satışı mağazası, “Kəndimiz” və Ağayev Elşən Məhəbbət oğluna məxsus kafelər
Göyçay rayonunda “Bolluq”, “Ruzi” marketlər, Qasımov Rəşad Çingiz oğluna, İsmayılov Ağababa Məhəmməd oğluna məxsus ərzaq mağazaları, Nəzərov Şahsuvar Eldəniz oğluna məxsus kafe, İbadov Babək Abdulla oğluna məxsus şirniyyat mağazası
Ağsu rayonunda Həsənov Rəşad Tahir oğluna məxsus kafe
Kürdəmir rayonunda “Ehtiram”, “Nasir” və “İbrahim” ərzaq mağazaları
Masallı rayonunda Cavadova Zərifə Mehrab qızına məxsus “Yağmur” market
Bərdə rayonunda “Bolmart” və “Oba” marketlər
Balakən rayonunda Qasımova Adilə Ramiz qızına məxsus ərzaq mağazası
Oğuz rayonunda Əzizov Fərid Natiq oğluna məxsus ərzaq mağazası
Şəki şəhərində Məmmədov Xəqani Qurban oğluna, Alxasov İsgəndər Elman oğluna, Qaragözov Akif Əli oğluna məxsus ərzaq mağazaları
Naftalan şəhərində Bayramov Cavid Xaləddin oğluna və Quliyev Rasim Allahverdi oğluna məxsus marketlər
Gəncə şəhərində “Meqa Store” ərzaq mağazası
Tovuz rayonunda “Mehdi”, “Qardaşlar”, “Samirə”, “Azad”, “Əli”, “Qarabala”, “Bahar” və “Yunis” ərzaq mağazaları, “Tovuz”, “Yeni Həyat”, “Nuş olsun”, “Ocaq” kafeləri
Ucar rayonunda “Real”, “Nur”, “Mega”, “Mini” marketlər və Cəfərov Seymur Məhəmməd oğluna məxsus ərzaq mağazası, “Tonqal”, “4 yol” və Abdullayev Yusif Cəmil oğluna məxsus kafelər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
AQTA 161 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi, 95 müəssisədə qayda pozuntusu aşkarladı.
www.yenicag.az