AQTA-nın tövsiyyə etdiyi məhlul su çənlərini deşib - ŞİKAYƏT

media-hightechnic-468x90

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təbii bulaq suyu satan gənclərin fəaliyyətini dayandırması etiraza səbəb olub.

media-146

Yenicag.az-ın məlumatına görə, sosioloq Elçin Bayramlı sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, Tovuzda bir qrup işsiz gənc, yerli əhali üçün dağlardan təmiz bulaq suyu gətirərək, litri cəmi 2,5 qəpikdən satmaqla həm əhalinin təmiz su ehtiyacını ödəyir, həm də özlərinə gündəlik 5-6 manat çörəkpulu qazanırdılar.

Bu təşəbbüs təkcə onların məşğulluğunu təmin etmirdi, eyni zamanda bölgədə xlorlu su içmək istəməyən sakinlər üçün əlçatan alternativ yaratmışdı.

Bayramlının sözlərinə görə, bu gənclərin satış modeli də maraqlı idi – müştərilər suyu götürür, sonra isə kassaya istədikləri məbləği atır, bəzən isə heç pul ödəmirdilər. Maşınların yanında nə nəzarətçi, nə də kamera quraşdırılmışdı:

“Lakin belə təmiz bulaq suyunun satılması mağazalarda saxta və zərərli su satan firmaların satışını bir qədər azaltmışdı. Bundan rəncidə olan AQTA və sanepidemstansiya dərhal onların başının üstünü almışdır ki, bəs sizin suda mikrob vardır, satışı dayandırın”, – deyə Bayramlı qeyd edib.

Sosioloqun iddiasına görə, su satıcıları təmiz, yeni paslanmaz polad çənlərlə su daşıyır və sular dünyanın ən təmiz bulaqlarından götürülür. Bayramlı şəxsən özünün də bu gənclərdən biri ilə Əsrik kəndi ətrafındakı bulaqlara gedərək, özündəki pH və TDS cihazları ilə suları yoxladığını və suyun son dərəcə təmiz və təbii olduğunu təsdiqləyib.

media-144

Sanitariya-Epidemioloji Xidmət isə çənlərin dezinfeksiya olunması tələbini irəli sürüb. Gənclər bu şərtlə razılaşsalar da, nəticədə hər biri 1500 manat dəyərində olan 6 paslanmaz polad çən naməlum tərkibli dezinfeksiya maddələrinin təsirindən deşilib və yararsız hala düşüb. Bu da onlara minlərlə manat zərər vurub. Bayramlının sözlərinə görə, AQTA bu dezinfeksiya prosesindən keçməyən digər su satıcısının da fəaliyyətini heç bir əsas göstərmədən dayandırıb.

“Qısası, AQTA və GEM deyirlər ki, insanlara təbii və faydalı məhsul satmaq olmaz. Gərəkdir ki, hamı mağazalardan süni və kimyəvi məhsullar alıb istifadə etsin. Üstəlik də birdən ac-yalavac, işsiz adamlar xalqı təmiz su ilə təmin etməklə öz zəhmətləri hesabına bir neçə manat qazanmaq imkanı əldə etsinlər. Suyu od qiymətinə satan firmaların gəliri azalsın. Buna yol vermək olmaz. Qoy bu gənclər gedib cinayət etsinlər, narkomaniyaya qurşansınlar, nə lazımdır ki, işləyib bir qədər pul qazanıb yaşasınlar”, – deyə sosioloq öz etirazını bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa