"Arayik Arutyunyan Ağdam-Xankəndi yolunun açıldığını elan etdi" - "Joxovurd"

media-hightechnic-468x90

Xankəndidə keçirilən “təhlükəsizlik şurası”nın dünənki “iclas”ında separatçıların lideri Arayik Arutyunyan Ağdam-Xankəndi yolunun açıldığını elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” erməni nəşri məlumat yayıb.

Arayik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar ora gələcək. Ərzaq məhsulları isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir, qarabağlılar üçün məhdudiyyət olacaq.

Növbəti mərhələdə qaz və elektrik enerjisinin tədarükü məsələsinin müzakirəsi planlaşdırılır ki, bu da Azərbaycan tərəfdən, yəni Ağdamdan gələcək.

Məsimə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600