“Araz-Naxçıvan” Çarles Boli ilə anlaşdı

media-hightechnic-468x90

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” yarımmüdafiəçi Çarles Boli ilə anlaşıb.

Klubdan Yenicag.az-a verilən məlumata görə, Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan futbolçu ilə müqavilənin müddəti 1 illikdir.

O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib. Son mövsümü Kiprin “Apollon” (Limasol) komandasında keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600