“Araz-Naxçıvan” “Qarabağ”ı məğlub etdi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, sonuncu qarşılaşmada “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqlənib.

Bu nəticədən sonra xallarının 20-yə çatdıran “Araz-Naxçıvan” ikinci sıradakı “Qarabağ”a çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600