“Araz-Naxçıvan” Türkiyə klubuna darmadağınla qalib gəldi

media-hightechnic-468x90

Türkiyənin Ərzurum şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Elmar Baxşıyevin başçılıq etdiyi komanda yerli “Bayburtspor”la qarşılaşıb. Matç Muxtar Respublika təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos və Bar Koen vurublar. Baş məşqçi E. Baxşıyev meydana iki fərqli heyət buraxıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” klubu iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor”la üz-üzə gələcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600