Argentinada Maradonanın ölümünə görə matəm elan EDİLDİ

Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Qeyd edək ki, Maradona bu gün 60 yaşda ürək tutmasından ölüb.

Maradona “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Arqentina milli komandasına başçılıq edib.

 

Loading...