Bu dəqiqələrdə xalq artisti Arif Quliyev dəfn olunub.
Bu barədə Yenicag.az-a aktyorun oğlu açıqlamasında deyib. O, atasının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldığını bildirib:
“Atamı son mənzilə yola saldıq. Çox ağır itkidir övlad üçün, danışa bilmirəm”.
Mərhumu son mənzilə yola salanlar arasında ailə üzvləri, yaxınları və sənət dostları yer alıblar.
Qeyd edək ki, koronavirus infeksiyasına yoluxan aktyorun ağ ciyərinin 90 faizi zədələnmişdi. O, gecə saatlarında 71 yaşında dünyasını dəyişib.
Cəvahir
www.yenicag.az