!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artan cinayətlərdə SƏBƏBLƏR: “Onlara çöl həyatı həbsdən daha qorxunc gəlir”

!Reklam – Yazi

“Bəzi insanlar azad həyatda çətinliklərlə yaşamaqdansa, kimisə öldürüb “həbsdə daha rahat yaşayaram” deyə düşündüyü üçün həbs olunmaq, azadlığını itirmək yerinə, çöl həyatı onlara daha qorxuducu gəlir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında psixoloq Ezgi Şahin deyib.

Son zamanlar artan cinayətlərin səbəbləri barədə danışan mütəxəssisin sözlərinə görə, bəzi insanlar çox zaman indiki dövrün tələbatını ödəyə bilmədiyi, sosial şəbəkələrdə digər insanların yüksək keyfiyyətdə yaşadığını görüb stressə düşür.

“Azərbaycan cinayətlər niyə artıb” sualını versək, deyə bilərik ki, ölkədə artıq insanların stress, nevroloji səviyyəsi çox yüksəkdir. Bəzi insanlar azad həyatda çətinliklərlə yaşamaqdansa, kimisə öldürüb “həbsdə daha rahat yaşayaram” deyə düşündüyü üçün həbs olunmaq, azadlığını itirmək yerinə, çöl həyatı onlara daha qorxuducu gəlir. Sosial həyatda yaşamaq, mübarizə aparmaq artıq insanları yormağa başladığına görə bəziləri bu yolu seçmək qərarına gəlir”.

Psixoloq onu da qeyd edib ki, artıq insanları psixoloji olaraq dəyərləndirmək lazımdır.

“Hətta yeni evliliyə qədəm qoyan cütlükləri digər analizlərlə yanaşı, psixoloji olaraq da yoxlamaq lazımdır. Çünki baxsaq, son zamanlar həyat yoldaşını qətlə yetirən insanlar da artmağa başlayıb. Həmçinin insanların dünyaya uşaq gətirməsində də onlara psixoloji dəstək verilməli və bu istiqamətdə onlar maarifləndirilməlidir. Çünki indiki dövrdə psixoloji olaraq maarifləndirməyə daha çox ehtiyac var”.

“Bundan başqa bəzi insanlarda bir neçə problem var ki, onlar artıq cəmiyyətdə, ictimai nəqliyyatda və digər yerlərdə çox gərgin, stressli olmağa, bir-birinə güzəştə getməməyə başlayıb. Adi bir sözdən, baxışdan böyük bir insident yaşana bilir. Çox təəssüf ki, son zamanlar insanların gərginlik səviyyəsi də artıb”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv