“Artıq ayrılmaq vaxtıdır!” – SƏBƏBLƏR

media-hightechnic-468x90

fighting_8d1f4a4e40d06455dcc88d5b24a6fc51Bəzən bir münasibət böyük davadan, bəzən də bir tərəfin yalan söyləməsi ilə bitir. Bəzən bir tərəf artıq evlənməyə və uşaq sahibi olmağa hazır olur, bəzənsə münasibət sadəcə öz yolu ilə sakitcə, həyəcansız, boş şəkildə irəlilədiyində bitir. Bu sonuncu səbəbə müdaxilə etmək, düzəltmək çətindir.

 

Ailem.az mütəxəssis rəylərinə əsasən, münasibətin bitməsinə işarə olan 8 əlaməti təqdim edir. Əgər sizdə də bunlar yaşanırsa, artıq ipi kəsməyin vaxtıdır.

 

Hər şey üçün mübahisə edirsiz

 

Mübahisələr başlayır. Cütlüklər tez-tez dalaşır. “Sevməyin bütün mahiyyəti daha çox istəməyinizdir”. İstədiklərini əldə etməyənlər də mübahisələr yaradır.

 

İşdən evə getmək istəmirsiz

 

Əgər gərgin işdən sora evə getməyə böyük istəyiniz yoxdursa, bir düşünün – “niyə?”

 

Sevdiyinizin hər şeyi, hər hərəkəti sizi bezdirir, əsəbləşdirir

 

Ola bilər ki, həyat yoldaşınızın dediklərinin 97 %-i sizi əsəbləşdirir. Bu, tez-tez baş verirsə, deməli, ayrı yolların adamısız.

 

Sekslə məşğul olmaq istəmirsiz

Əgər birlikdə olduğunuzda qarşı tərəf sizinlə sevişmək istədiyində razılıq vermirsizsə, bu da bitməyə bir işarədir.

 

Dostlarınızla  daha çox vaxt keçirirsız

 

Əgər həyatınızın xüsusi məqamlarını bölüşmək üçün sevdiyinizə deyil, dostlarınız,  ailənizə doğru yönəlir, daha çox onlarla çiyin-çiyinə verib planlar qurursuzsa, deməli, nəsə çatışmır.

 

Başqa bir insana marağınız yaranıb

 

Əgər başqa birinə qarşı maraq, simpatiya hiss edirsizsə, deməli, sevdiyinizlə aranızda yaxşı getməyən nələrsə var.

 

Onun üçün fədakarlıq etməyə marağınız, həvəsiniz olmur

 

İşinə gedib ona sürpriz etmək, onun üçün fədakarlıq etməyə ürəyiniz gəlmir.

 

Gələcəyinizin portretində o yoxdur

 

Əgər gələcəyinizi xəyal edərkən sevdiyiniz bu xəyalın içində deyilsə, düşünün – “niyə o oraya aid deyil?” (ailem.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600