"Artıq oğurluq nöqtəsinə çatmışıq" - Lukaşenko

media-hightechnic-468x90

Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin dondurulmuş Rusiyanın qızıl və valyuta ehtiyatlarını xaricdə istifadə etmək niyyətini oğurluq və banditizm adlandırıb. 

Yenicag.az xəbər verir ki, Belarus lideri bu barədə Avrasiya Təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransında bildirib.

“Biz artıq oğurluq nöqtəsinə çatmışıq – Rusiyanın, Belarusun və digər ölkələrin qızıl və valyuta ehtiyatlarından danışıram. Qərb  həmişə qızıl və valyuta ehtiyatlarımızı onların banklarında saxlamağımızın tərəfdarı olublar. Əgər ölkə daxilindəki qızıl və valyuta ehtiyatlarımız əslində qızıl və valyuta ehtiyatları deyilsə, biz onları mütləq bir yerə, birinci dərəcəli banklara, nüfuzlu ölkələrə aparmalıyıq. Onlar da bunu götürürlər. Biz o nöqtəyə çatmışıq ki, onlar bu pulları utanmadan öz pulları kimi götürüblər və hara istəsələr, ora göndəriblər”, – deyə Lukaşenko qeyd edib.

Belarus prezidenti beynəlxalq hüququn çoxdan çökdüyünü bildirib: “Banditizm və oğurluq – biz buna bir şəkildə cavab verməliyik”./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa