Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.
Bu, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısına da əlavə edilib.(report)