“…bu intihar təlxəkləri”

media-hightechnic-468x90

48277Koroğlu körpüsünün “intihar” körpüsünə çevrilməsi millət vəkili Etibar Hüseynovun da narazılığına səbəb olub. Yenicag.az xəbər verir ki, milət vəkili Facebook səhifəsində bununla bağlı status yazıb.

Həmin statusu təqdim edirik: “Bu nə biabırçılıqdı anlamıram. Arvadından küsən, işdən çıxarılan, kreditini verə bilməyən gəlib, Bakıda çıxır Koroğlu körpüsünə. Saatlarla davam edən tıxac paytaxtın bütün hərəkət ritmini pozur, insanlar nə qədər əsəb ve problem yaşayır. Belələrinə görə və bütün bunların fonunda bu intihar təlxəkləri heç bir cəza almır. Bu cəzasızlıq isə bu təlxəkləri daha da ruhlandırır. Mən anlamıram- nədən bunun qarşısı alınmır. Bəziləri təklif edir ki, o körpünün yanında polis postu qurulsun və s. Amma ehtıyac yoxdu və vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqlarını tikanlı polad məftillə təxminən 1 metr məsafədə sarımaqdı. Vəssalam. Bunudamı mən deməliydim?”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600