!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim oldu

!Reklam – Yazi

Arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.

Bu barədə Yenicag.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 18-i-si saat 15 radələrində 1970-ci il təvəllüdlü Sevda Ramazanovanın xəsarət alması və 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Kifayət Əsədovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv