9 yaşlı Aytən ağır xəstəliklə mübarizə aparır – Yardım çağırışı
Bakı şəhəri, Hövsan qəsəbəsində kirayədə yaşayan Şirin qızı Qurbanova Aytənin həyatı anadangəlmə sağlamlıq problemi səbəbilə ciddi təhlükə altındadır.
Bunu Yenicag.az-a müraciətində Ülviyyə Yusifova deyib.
O, cəmi 9 yaşı olan qızı Aytənin bud-çanaq oynağının hər iki tərəfli çıxığı və belindəki lordoz xəstəliyi ilə mübarizə apardığını deyib.
Ana qeyd edib ki, qızı bu günə qədər üç dəfə ağır çanaq əməliyyatı keçirib. Hər iki çanağında implant və mil yerləşdirilib, hazırda isə axsıyaraq yeriyir və uzun müddət otura bilmir.
“Aytənin hazırkı durumu təcili tibbi müdaxiləyə ehtiyac olduğunu göstərir. Həkimlərin qərarına əsasən, onun yenidən əməliyyat olunması – implant və millərin çıxarılması zəruridir. Eyni zamanda reabilitasiya prosesi də davam etdirilməlidir. Valideynlərin bildirdiyinə görə, bu prosedurlar üçün ümumilikdə 7.000 manat tələb olunur.
Özüm şadlıq saraylarında gündəlik 20 manata qab yuyaraq ailəmi dolandırmağa çalışıram. Bu xərci qarşılamaq imkanımız yoxdur. Artıq dərəcədə xahiş edirəm, Allah xatirinə mənim qızıma kömək edin”.
Yardım etmək istəyənlər Kapital Bankdakı aşağıdakı hesaba və ya göstərilən telefon nömrəsinə müraciət edə bilərlər:
Bank hesabı: Kapital Bank
Hesab nömrəsi: 4169 7388 1605 2538
Əlaqə nömrəsi: 051 866 99 90