ABŞ yardımı DAYANDI: Ukraynanın taleyi nə OLACAQ?

media-hightechnic-468x90

 

“Avropa bəzi boşluqları doldura bilər, lakin ABŞ silahlarının strateji əhəmiyyəti hələ də çox yüksəkdir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin Ukraynaya silah tədarükün dayandırması fonunda prosesləri təhlil edən “AlArabia” nəşri yazıb.

Məqalədə bildirilir ki, Ukrayna beynəlxalq müttəfiqləri ilə birlikdə silah istehsalı sahəsində yeni təşəbbüslər irəli sürür.

“Ukrayna Prezidenti Volodimir Zelenski bu istiqamətdə Avropa İttifaqı ölkələri və digər tərəfdaşlarla qarşıdakı görüşlərə hazırlıq getdiyini açıqlayıb. Müdafiə naziri Rustem Umerovun sözlərinə görə, bu təşəbbüs çərçivəsində yeni obyektlərin tikilməsi, istehsal gücünün artırılması və vergi-hüquqi stimulların yaradılması planlaşdırılır. Hazırlanan qanun layihəsinin ayın sonunda parlamentdə səsverməyə çıxarılması gözlənilir. Almaniya da baş verən proseslərdə fəal iştirak etməyə hazır olduğunu bildirib və müdafiə sənayesinin nümayəndələri ilə birlikdə bu həftə Kiyevə səfər təşkil edib.

Digər tərəfdən, ABŞ Ukraynaya verdiyi bəzi silah tədarüklərini dayandırdığını elan edib. Vaşinqtonun bu qərarı öz ehtiyatlarının azalması ilə əsaslandırılıb. ABŞ-nin müvəqqəti işlər vəkili Con Hinkel bu məsələni müzakirə etmək üçün Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazir müavini Maryana Betsa ABŞ-a indiyə qədərki dəstəyə təşəkkür etsə də, xüsusilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün ayrılmış müdafiə paketlərinin saxlanmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.

ABŞ-nin yardımı azaltdığı bir vaxtda Avropa ölkələri hərbi dəstəkdə önə keçib. Almaniyanın Kiel İnstitutunun məlumatına görə, 2025-ci ilin yaz aylarında Avropa ABŞ-ı ümumi yardım həcmi baxımından ilk dəfə geridə qoyub.

ABŞ-nin bu addımı Ukraynanın döyüş meydanındakı imkanlarına təsir göstərə bilər. Xüsusən, HIMARS raket sistemləri və hava hücumundan müdafiə üçün vacib olan Patriot kompleksləri kimi ABŞ istehsalı silahların əvəzlənməsi asan deyil. Analitiklər hesab edirlər ki, Avropa bəzi boşluqları doldura bilər, lakin ABŞ silahlarının strateji əhəmiyyəti hələ də çox yüksəkdir.

Kremlin sözçüsü Dmitri Peskov isə ABŞ-nin tədarükü dayandırmasını müsbət qarşılayaraq bildirib ki, Ukraynaya nə qədər az silah verilsə, müharibənin sonu bir o qədər yaxın olacaq. Münaqişənin diplomatik həlli istiqamətində səylər isə hazırda ciddi irəliləyiş əldə etmədən davam edir,” — deyə məqalədə qeyd olunub.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600