Tanınmış aktyordan doğum günü ETİRAFI: “Yaşım mənim ən yaxın dostumdur”
Tanınmış aktyordan doğum günü ETİRAFI: “Yaşım mənim ən yaxın dostumdur”
“Cavad xan”, “Seçilən”, “Köhnə dəyirman”, “Yaddaş”, “Dolu”, “Xoca”, “Son nəfəsədək”, “Fədakar” və digər filmlərdə, həmçinin “Həyat, sən nə qəribəsən”, “Mart hadisələri, yaxud qara oyunlar”, “İqlimlər”, “Ağabəyovlar”, “Uçurum” və bir çox digər seriallarda yaddaqalan obrazlar canlandıran tanınmış aktyor İlqar Musayevin doğum günüdür. Yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də məşhur filmlərə dəvət alan sənətçi bu gün ən çox axtarılan aktyorlardandır.
Yenicag.az-a açıqlamasında aktyor doğum günü ilə bağlı sualları cavablandıraraq təəssüratlarını bölüşüb.
Doğum günlərini fiziki olaraq adi günlərdən biri kimi yaşayan aktyor, mənəvi tərəflərini isə belə ifadə edib:
“Artıq doğum günlərimi qeyd etmirəm. Mənim üçün bu, adi günlərdən biridir. Amma mənəvi tərəfi əlbəttə ki, var. Bu gün uşaqlığım, valideynlərim, dünyasını dəyişmiş atam — hər şey kino lenti kimi gözümün önündən keçir. Uşaq vaxtı doğum günlərimin necə keçdiyini xatırlayıram. Ona görə də çalışıram övladlarımın doğum günlərini maraqlı keçirim.”
“Yaş üstə yaş gəldikcə, rəqəmlər dəyişir. Bəs hər artan rəqəm sizin üçün hansı əhəmiyyətə malikdir?” sualımıza isə aktyor belə cavab verib:
“Yaşım mənim ən yaxın dostumdur. İlbəil dostlarım bir-bir artır.”
Cəvahir