Arvadının bir sözü bütün həyatını dəyişdirdi: 1 milyon avro!

media-hightechnic-468x90

Almaniyada arvadının sözünü dinləyən kişinin bütün həyatı dəyişib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Belə ki, Yuxarı Pfaltsdan (Oberpfalz) olan kişi hələ fevralın 7-də 1,06 milyon avro qazanmışdı. Oyun sifarişi anonim şəkildə qəbul məntəqəsinə təqdim edildiyi üçün onun şəxsiyyəti ilkin olaraq məlum deyildi. Lakin artıq vəziyyət dəyişib.

Lotereya şirkıtinin sözçüsü Verena Ober qəzetinə bildirib: “Həmin şəxs 30 ildən artıqdır ki, lotereya oynayır. Amma qeyri-müntəzəm. İndiyə qədər isə böyük uduş əldə etmək ona qismət olmayıb. Lakin bu dəfə həyat yoldaşı səhər yeməyi zamanı ona kuponu doldurmağı unutmamasını xatırladıb”.

Kişi gündəlik işlərini görmək üçün evdən çıxarkən qəfildən “Quicktipp” (sürətli seçim) edib. “Quicktipp” o deməkdir ki, oyunçu rəqəmləri özü seçmir, sistem və ya aparat təsadüfi rəqəmlər generasiya edir. Bu, təsadüfi alqoritm vasitəsilə baş verir. Beləliklə, oyunçu biletində hazır rəqəm kombinasiyası alır və “uğurlu rəqəmlər” haqqında düşünməli olmur.

Qalib “8-dən 6” tam sisteminə mərc edib. Bu zaman oyunçu “49-dan 6” oyununda adi altı rəqəm əvəzinə səkkiz rəqəm qeyd edir. Beləliklə, 28 mümkün kombinasiya yaranır və uduş şansı artır. O, 2-ci uduş kateqoriyasında (yəni “Superzahl” olmadan 6 düzgün rəqəm) qazandığı təxminən 1,03 milyon avro ilə yanaşı, aşağı kateqoriyalarda da əlavə uduşlar əldə edib. Həyat yoldaşı da onunla birlikdə sevinir.

“Hər ikisi məsləhət üçün yanımda olublar. Pul artıq həmin şəxsin hesabına köçürülür”, – deyə lotereya eksperti “Bild”ə bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05