“Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır”

media-hightechnic-468x90

images (2)“Aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdır”.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 150 bal toplayan abituriyentlər bu gün müəyyən ixtisasa yiyələnir: “Lakin onlar həmin ballarla burada yox, xaricdə təhsil alırlar. Təbii ki, bu da xoşagəlməz haldır. Zəiflik var”.

M. Abbaszadənin sözlərinə görə, elə abituriyentlər var ki, 600 baldan çox nəticə göstərib, lakin heç bir yerə ərizə verməyib: “Yəqin ki, onlar xaricə üz tutacaq”.

Komissiya sədri xatırladıb ki, 500 baldan çox bal toplayan və müəllimlik peşəsini seçən abituriyentlərə təqaüd veriləcək: “Biz həmin siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600