Dünya Bankı Ukraynaya bu qədər kredit ayıracaq
Dünya Bankı Ukraynaya 3,39 milyard dollar həcmində kredit və qrant ayıracaq.
Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, vəsait dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsi və makromaliyyə sabitliyinin qorunmasına yönəldiləcək.
Paketə Böyük Britaniya və Yaponiyanın zəmanəti ilə ayrılan 1,04 milyard dollarlıq kredit, həmçinin “F.O.R.T.I.S. Ukraine FIF” fondundan 2,35 milyard dollarlıq qrant daxildir.













