Aşağı Əskiparaya Ermənistan MTX-nin xüsusi təyinatlıları gəldilər - YENİLƏNDİ/VİDEO

media-hightechnic-468x90

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları aksiyanın keçirildiyi Qazaxın Aşağı Əskipara kəndinə gəliblər.

Bununla bağlı erməni “Telegram” kanallarında videogörüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndində yerləşdirilmiş erməni sakinlərin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.

***

12:47

Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndində yerləşdirilmiş erməni sakinlərin etirazına baxmayaraq, erməni istehkamçılar Müqəddəs Məryəm kilsəsinə bitişik əraziləri minalardan təmizləməyə başlayıblar.

Bu barədə kənd sakinləri məlumat veriblər.

Məlumata görə, hazırda ərazidə 20-25 istehkamçı işləyir.

Qeyd edək ki, Azərbaycanla delimitasiyanın nəticələrinə əsasən, sərhəd xətti kilsənin yaxınlığından keçəcək. Aşağı Əskipara kəndində yaşayan ermənilər kilsə ərazisini minalayıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600