Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ASGA sədri Moskvada “Parlament qəzeti”ndə reallaşan disskusiyada çıxış edib

16 oktyabr 2018-ci il tarixində Rusiya Federasiyasının paytaxtdı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Federal Agentliyi tərəfindən keçirilən “Yeni Nəsil” proqramının növbəti mərhələsi başlayıb.

Yenicag.az xəbər verir ki, “Beynəlxalq Gənclər Parlamentləri Konqresi” çərçivəsində reallaşan 4 günlük tədbirdə dünyanın 30 ölkəsindən onlarla gənc, deputatlar, səfirlər, siyasətçilər, rəsmilər, QHT və media nümayəndələri qatılıblar.

Tədbirdə müxtəlif panellər üzrə fikir mübadiləsi aparılıb, eyni zamanda, bir sıra mədəni-kütləvi tədbirlər reallaşıb.

Tədbirdə ölkəmizi Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının məclis üzvü Səbuhi Abbasov təmsil edib. İlk olaraq Rusiya Dövlət Dumasının “Parlament qəzeti”nin qonağı olan S.Abbasov disskusiyalarda fəal iştirak edib. Dünyada hazırki geosiyasi proseslər, gənclər siyasəti, gənclərin parlamentlərdəki mövqeləri və digər mövzular ətradında gedən disskusiyalarda fəal iştirak edən ASGA sədri Azərbaycanda həyata keçirilən Gənclər siyasəti haqqında iştirakçılara məlumat verib.

Məlumat üçün qeyd edək ki, 16-20 oktyabr 2018-ci il tarixində Rusiya Federasiyasının paytaxtdı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Federal Agentliyi tərəfindən “Yeni Nəsil” proqramının növbəti mərhələsi reallaşır./7news.az/

Loading...

www.yenicag.az

2307
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100