!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Əli: “Məhərrrəmlikdə toy etmək günah deyil”

!Reklam – Yazi

“Məhərrrəm ayında toy etmək günah deyil”.

Bunu Məhərrəmlikdə toy edən və toya gedənləri tənqid edənlərə cavab olaraq  aşıq Əli Tapdıqoğlu Yenicag.az-a açıqlamasında bildirib.

Aşıq Əli insanların ayları, günləri fərqləndirməyini düzgün hesab etmədiyini deyib:

“Məhərrəmlik ayı müsəlmanların ən gözəl ayıdır. Allahın göndərdiyi hər ay, hər gün gözəldir. Allahın günlərini, aylarını pisləmək olmaz. “Filan ayda iş gördüm, xeyir tapmadım” deyib, hansısa ayı pisləmək və bu cür dəyərləndirmək düzgün deyil. Allah istəyirsə, uğur gətirir. İstəmirsə, uğur vermir. Hər şey Onun məsləhəti ilə baş verir. Hər şeyi verən də Allahdır, alan da. Məhərrəm ayında toy etmək günah deyil. Sadəcə olaraq illərdir ki, imamlarımıza yas saxlamaq adət-ənənəmizdən sayılıb. Allah onlara rəhmət eləsin, onların islama verdiyi töhfəni heç birimiz verə bilmərik. Çünki dinimiz vvə Allah üçün döyüşüblər”.

Sənətçi bu ayda toy edənləri və toya gedənləri qınamadığını bildirib:

“Məhərrəmlikdə toy edənə də pis baxmıram, toya gedənə də. Heç birini qınamıram. Hörmət əlaməti olaraq əgər imkan olarsa, etməsələr daha yaxşıdır. Yox, əgər vaxt məhdudiyyəti, ya hansısa vacib səbəbdən xeyir işini saxlamaq istəmir, ağır xəstəsi varsa toyunu edə bilər. Bunu hansısa ayla əlaqələndirmək olmaz”.

Cəvahir

www.yenicag.az

2057
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv