Astara sakinləri yolu bağladı

media-hightechnic-468x90

90253Lənkəranın Liman qəsəbəsində bir qrup sakin ölkədə bahalaşmaya etiraz olaraq Bakı-Astara yolunu bağlayıb.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Liman qəsəbə sakini İman Əliyevin “Azadlıq” radiosuna dediyinə görə, ərzaq mağazalarının çoxu bağlıdır. Mağazalar əhaliyə nisyə mal vermir. Manatın məzənnəsinin aşağı düşməsi əhalini qəzəbləndirib. İşıqların tez-tez söndürülməsi insanları bezikdirib.

Liman qəsəbə bələdiyyəsindən bildirdilər ki, yol bağlı olmayıb. 5-10 nəfər sakin yolların bərbad olmasına, işıq və qazın fasilə ilə verilməsinə etiraz ediblər. Rayon rəhbərliyi hadisə yerindədir və bu barədə tədbirlər görülür.

Fevralın 21-dən etibarən Azərbaycan manatı təqribən 30 faiz dəyərdən düşüb. Bu bütün ölkədə qiymət artımı ilə müşahidə edilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa