Aşurada təxribat

media-hightechnic-468x90

ashuraİran prezidentinin Azərbaycana səfəri ərəfəsində təxribat xarakterli görüntülər azqala qalmaqal yaradacaqdı.

Bir neçə gün əvvəl Aşura günü Nardaranda lentə alındığı iddia edilən görüntülərdə qaldırılan İran bayrağı ilə bağlı məsələyə dair Qafqaz Müsəlmanları İdarəsi də açıqlama verməli olub.

Bəzi informasiya saytları ötən gün sosial şəbəkələrdə yayılan bu görüntüləri təqdim edib. Üzərində Xameneyi ilə Xomeyninin şəkilləri olan İran bayrağının isə məhz Aşura günü Nardaran kəndində asıldığını yazıblar. Əslində isə vəziyyət fərqlidir. Görüntülərdə olan şəxslərdən biri Seyid Taleh həmin gün ümumiyyətlə Azərbaycanda olmadığını deyir. Bunu sübut etmək üçün giriş-çıxış möhürlərinin olduğu xarici passportunu da bizə göstərdi. Bundan başqa İstanbulda keçirilən və onunda iştirak etdiyi Aşura mərasiminin görüntülərini də təqdim etdi.

O ki qaldı, bir çox saytların yeni xəbər kimi təqdim etdiyi bu görüntülər illər əvvəl lentə alınıbmış. Özü də Aşura günü yox.

Nardaranda bu il keçirilən Aşura mərasimindən foto şəkillər təqdim edən saytların lentə aldığı görüntülərdə nə iran bayrağına, nə də iranın dini liderlərinin şəkillərinə rast gəlmək mümkün deyil. Video ilə tanış olduqdan sonra araşdırmalara başlayan Qafqaz Müsəlmanları İdarəsi də idarənin nəzarətində olan məscidlərdə belə bir fakt aşkarlamayıb. Başda sədr şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMİ-nin mövqeyi ondan ibarətdir ki, bu, İran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribat addımıdır. Dindarlarımızı bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. Burada isə belə bir sual yaranır. 3 il bundan əvvəl lentə alınan görüntülərin indi özüdə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərə gəlməyə hazırlaşdığı bir ərəfədə yayımlanması kimlərə maraqlıdır? Hər halda bu artıq hüquq mühafizə orqanlarının araşdırmalı olduğu məsələdir.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600