Ata 2 yaşlı qızını restoranda girov qoydu - Nahar qarşılığında

media-hightechnic-468x90

Çinin Foşan şəhərində qeyri-adi hadisə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, azyaşlı qızı ilə nahar edən ata hesabı ödəyə bilmədiyi üçün qızını restoranda girov qoyub.

Atasının arxasınca ağlayan qızcığazı məkan sahibləri sakitləşdirib, süd veriblər.

Daha sonra onlar polisə xəbər veriblər.

Hadisə yerinə qayıdan ata isə polisə xəbər verdiklərinə görə məkan sahiblərinə hücum çəkib. Məsuliyyətsiz valideyn polis tərəfindən saxlanılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600