Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Atası tərəfindən başından yaralanan azyaşlıdan XƏBƏR VAR

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, azyaşlının məcburi əməyə – dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb: “Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib. Fakt üzrə təhqiqat davam etdirilir, ailə üzvləri və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

www.yenicag.az

219