!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Atəş açaraq qonşularını hədələyən şəxs SAXLANILDI - Şamaxıda

!Reklam – Yazi

Şamaxı rayonunda xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv