ATGTİ-nin nümayəndələri İsrailə səfər edəcəklər

media-hightechnic-468x90

unnamed (4)25 yanvar – 1 fevral tarixlərində “İsrail Tələbələrinin Səsi” (Tafnit – Israeli Students’ Voices) təşkilatının Avropa Tələbələr Birliyi (ESU) ilə birgə təşkil etdikləri tələbə liderlərin növbəti görüşündə Azərbaycan da təmsil olunacaq.

Tədbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin rəhbəri Pərvin Rəhimli və ittifaqın mətbuat katibi Məcid Musayev təmsil edəcəklər.

Tədbir çərçivəsində nümayəndələrimiz Azərbaycanın təhsil sistemini, keçirilən yeni islahatlar haqqında məlumat verəcək, ölkəmizin tələbə özünüidarəetmə strukturları (Tələbə Gənclər Təşkilatı) modelini təqdim edəcəklər.
Qeyd edək ki, ATGTİ-nin fəaliyyəti çərçivəsində bu təşkilat nümayəndələrinin İsrailə ilk səfəridir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600