Attalın istefası qəbul olundu

media-hightechnic-468x90

Fransa prezidenti Emmanuel Makron prezident partiyasının seçkilərdə məğlub olmasından sonra baş nazir Qabriel Attalın istefasını qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Fransa KİV-i yazıb.

Qeyd olunur ki, Nazirlər Kabineti hələlik eyni tərkibdə fəaliyyətini davam etdirəcək.

Attal iyulun 8-də parlament seçkilərindən sonra istefa ərizəsini Makrona təqdim edib.

Xatırladaq ki, Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərdə “Yeni Xalq Cəbhəsi” solçu koalisiyası ölkə Milli Assambleyasında 577 yerdən 182-ni əldə edərək qalib gəlib. Prezident Emmanuel Makronun “Respublika naminə birlikdə” koalisiyası 168 mandat qazanaraq ikinci yerdə qərarlaşıb. Respublikaçı müttəfiqləri ilə birlikdə sağçı “Milli Birlik” partiyası 143 mandat qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600