Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi

media-hightechnic-468x90

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.

Qeyd edək ki, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia olunmuşdu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa