Avarçəkənlər Mingəçevirdə

media-hightechnic-468x90

trend_mingecevir_meshel_220515_11“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarının başlanmasına iki gün qalıb.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, 37 ölkədən 295 tanınmış idmançı bu yarışlarda iştirak edərək mükafat qazanmaq üçün Mingəçevirə gəlib. Komandaların üzvləri və onları müşayiət edən nümayəndə heyətləri yüksək səviyyədə qarşılanıb və qonaqların Atletlər Kəndində yerləşdirilməsi təmin olunub.

Hazırda avropalı idmançılar Kür çayında yarışlara son hazırlıq məşqlərini keçirlər. Onlar təlim-məşq prosesini iyunun 12-13-də davam etdirəcəklər. İdmançıların Atletlər kəndindən “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək gediş-gəlişinin rahat şəkildə və fasiləsiz təmin olunması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. İdmançılarla yanaşı, hakimlər və rəsmi qonaqlar da artıq Mingəçevirdədir. Onlar “Kür” Olimpiya Tədris İdman Mərkəzinin otelində və Mingəçevirdəki digər 2 oteldə yerləşiblər.

Qeyd edək ki, iyunun 14-16-da Mingəçevirdə keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək əcnəbi idmançılardan 40 nəfəri olimpiya oyunlarının mükafatçılarıdır ki, onlardan 20 nəfəri qızıl medal sahibidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600