“Avis Aptek”in bahalı dərman ticarətinə son veriləcək, ya yox?

media-hightechnic-468x90

badamdarAdil Qeybulla: “Tarif Şurasının qərarı təxminən 1 ay müddətinə həyata keçirilməlidir, ondan sonra isə…”

Azərbaycanda hələ də eyni dərman müxtəlif apteklərdə müxtəlif qiymətlərə satılmaqda davam edir. Aptekin birində bir qiymətə olan dərman, ondan bir qədər aralı aptekdə isə daha baha qiymətə verilir. Məsələn, eyni dərman “Zəfəran” və ya “Avromed”də 29.30 və ya 30.60 manata,

“Avis Aptek”də isə 43 manat 40 qəpikdir. Konkret faktla desək, “Biolactinr Bambini” adlı dərman digər apteklərdə (“Zəfəran”, “Avromed”, “Şahin”, “Zeytun”) qiyməti 15.00-17.00 arasındadır. Məsələn, Nərimanov metrosunun yaxınlığındakı “Zeytun” aptekdə 16 manat 40 qəpik olan bu dərman 20 metr aralıda-“Avis Aptek”də 23 manat 80 qəpikə satılmaqdadır.

Apteklərin dərman preparatları vahid qiymətə satılmadığına ekspert aydınlıq gətirir.

Tibb elmləri doktoru Adil Qeybulla Yenicag.az-a açıqlamasında bu qənaətdə olduğunu bildirdi ki, yaxın 1 ay ərzində Tarif Şurasının dərmanların vahid qiymətə satılması istiqamətində verdiyi qərar yerinə yetirilməlidir: “Manatın devalvasiyası prosesi baş verdikdən sonra müxtəlif depo və apteklərdə şişirdilmiş qiymətlərin olması hallarına rast gəlindiyindən Tarif Şurasının qərarı ilə dövlətin bura müdaxiləsi lazım oldu. Əslində özəl sektora dövlət müdaxiləsi düzgün sayılmır. Prosesi bazar tənzimləməlidir. Amma yaranmış situasiyada bu müdaxilə məcburi addım olaraq atılır. Hesab edirəm ki, bu bir müvəqqəti tədbirdir və müəyyən müddətdən sonra işlər öz reysinə düşməlidir. Hələlik isə, bu günün tələblərinə cavab verən şərtlər budur. Tarif Şurasının bu qərarı təxminən 1 ay müddətinə həyata keçirilməlidir. Ondan sonra isə qiymətlərdə olan fərqlər artıq Tarif Şurasının qərarının pozulması kimi dəyərləndiriləcək. Bu istiqamətdə işlər aparılır. Depolar, ayrı-ayrı dərman kommersiya şirkətləri bu istiqamətdə ciddi iş görür. Nəticəsini isə yəqin ki, yaxın günlərdə görəcəyik”.

Bütün apteklərdə eyni qiymətin tətbiqi bazar iqtisadiyyatında qəbuledilməz olsa da, İqtisadi İnkişaf Nazirliyi (İİN) süni qiymət müəyyənləşdirən sahibkarlara qarşı cəzalar tətbiq edə bilər. Qeyd edək ki, bir çox apteklər dərmanların üzərinə hətta 100 və daha çox faiz qoyurlar. V.Bayramlınn sözlərinə görə, satılan məhsulun üzərinə 100-150 faiz qiymət qoyulursa, bu, artıq süni şəkildə qiymət artımı deməkdir və İİN tədbir görməlidir.

 

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600