Budapeşt zirvəsini fiaskoya SÜRÜKLƏYƏN AMİLLƏR - ŞƏRH

media-hightechnic-468x90

“Budapeşt zirvəsi fiaskodur”.

media-yusif_bagirzade-22_-1

Bunu Rusiya ilə Ukrayna arasında müharibənin dayanmaq ehtimalı, Budapeşt görüşündən gözləntiləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, müharibənin dayanma ehtimalı çox aşağıdır:

“Budapeşt görüşü ilə bağlı suallar çoxdur. Avropa İttifaqına daxil olan NATO dövlətləri qorxurlar ki, Macarıstan Budapeşt görüşündə Avropa İttifaqının adından danışar. Ona görə də, Finlandiyanın prezidenti Aleksandr Stubbu ora nümayəndə kimi göndərmək istəyirlər. Finlandiya ilə Rusiya arasında tarixdə bir neçə müharibə olub. Ona görə də, Finlandiyanın göndərilməsi məntiqə uyğundur.

Müharibələrin bitməsində tərəflərin olduğu yerdə dayanması modeli var. Mahiyyətinə baxsaq, tərəflər sülhdən çox uzaqdadırlar. Tramp Zelenskiyə təzyiq edir ki, Donbasdan imtina etsinlər. Əvvəl Rusiya Xerson və Zaparojeni də istəyirdi. Artıq Donbası istəyirlər. Donbas həm ərazisinə görə böyükdür, həm də orada böyük yataqlar yerləşir. Ukrayna qanunlarına görə, prezidentin səlahiyyəti yoxdur ki, hansısa ərazidən əl çəksin. Buna minimum iki il vaxt lazımdır.

Avropa İttifaqına daxil olan dövlətlər bu modeli qəbul etməyəcəklər. ABŞ bildirir ki, Ukraynaya təminat verəcək. Bu çox ağır prosesdir. 1994-cü ildə Budapeştdə təmin verilmişdi. Yenə qayıdırlar Budapeştə. Bu da fiaskodur”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa