İmamoğlunun məhkəməsində kütləvi dava düşdü

media-hightechnic-468x90

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun bugün “saxta diplom” işi üzrə ikinci məhkəməsi keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, məhkəmədən əvvəl tamaşaçı qismində məhkəmə salonuna daxil olmağa çalışan şəxslərlə polis arasında gərginlik yaranıb. Hətta bir qrup şəxs baryerləri dağıdıb və məhkəmə zalının qarşısına gələrək içəri keçmək istəyib. Nəticədə polislərlə camaat arasında əlbəyaxa dava düşüb.

Baş verən dava nəticəsində məhkəmə zalına girişlər bağlanıb. Gərginlik aradan qalxdıqdan sonra dinləmənin başlayacağı gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa