Nisə Qasımova GİZLİNLƏRİ AÇDI: “Qadın kimi xoşbəxt olmağın əlacını…”

media-hightechnic-468x90

“Heç vaxt qadın kimi xoşbəxt olmağın əlacını ailə qurub dünyaya uşaq gətirmək və yaxud da ailədə kiminsə mənə sahib olmasında görməmişəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, xalq artisti Nisə Qasımova “Xəzər axşamı” verilişində deyib.

O, şəxsi həyatı ilə bağlı sualları cavablandıraraq heç vaxt ailə qurmasa da, qadın kimi xoşbəxt olduğunu bildirib:

“Bəli, zaman keçib, arada xəyal etmişəm bəlkə ailə qursaydım, ya elə olardı, ya belə olardı. Yox. Qadınların çoxu sırf o üzdən şikayət edir ki, “qadın kimi xoşbəxt olmadım, çünki ailəm olmadı”. Vallah, billah çox xoşbəxtəm. Əvvəlki dövrlə indiki zamanı müqayisə edəndə deyirəm, yaxşı ki, oğlum, bacım, ailəm var. Ailədə ata-anam məni necə tərbiyə edibsə, indi onlar o ənənəni yerinə yetirirlər. Sanki onlar böyükdür, mən kiçiyəm. Uşaqlardan məsləhət alıram. Çünki xarakterim yaxşı deyil. Desəm ki, çox kaprizliyəm, pafoslu çıxacaq. Sadəcə, qəribə dünyam var mənim”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa