AVRO 2016-da Rusiya-Ukrayna gərginliyi burun sındırdı
Rusiya ilə Ukrayna arasındakı gərginlik özünü futbol meydançalarında da göstərməyə başlayıb.
Belə ki, Yenicag.az saytının Qazeta.ru saytına istinadən verdiyi xəbərə görə, dünən Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Stokholmda İsveçlə Rusiya arasında keçirilən futbol oyununda ukraynalı və rusiyalı fanatlar arasında iki dəfə dava düşüb. İlk dava oyun başlamamışdan öncə, ukraynalılar tərəfindən qaldırılan “Putinə qırmızı vərəq” plakatına görə baş vermişdi. Onlar həmçinin, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının təxirə salınmasını da tələb ediblər. Yalnız polisin müdaxiləsindən sonra hadisənin daha ciddi xarakter almasının qarşısı alınıb.
Oyunun gedişində isə rusiyalı fanatların qaldırdığı qondarma DXR-nın bayrağını yerindən salmaq cəhdi də davaya səbəb olub.
Verilən məlumata görə, bu əlbəyaxa davada bir nəfərin burnu sınıb.
Rüfət/Yenicag.az