“Avro-2016″da faciə
Şimali İrlandiya futbol millisinin azarkeşi Nis şəhərində xəstəxanalardan birində vəfat edib.
Bu barədə AzVision.az “Mirror”-a istinadən xəbər verir.
Məlumata əsasən 24 yaşlı irlandiyalı 8 metrlik hündürlükdən yıxıldıqdan sonra xəstəxanaya gətirilib. O, Şimali İrlandiya – Polşa oyunundan əvvəl xəstəxanaya çatdırılıb.
Xəbərdə qeyd olunur ki, azarkeş spirtli içkinin təsiri altında olub.
Qeyd edək ki, iyunun 11-də Fransada keçirilən Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb. Xarici KİV-lərin yaydığı məlumata görə, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş ölüb. Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb.