!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AVRO-2020: Niderland qalib gəldi - YENİLƏNDİ

!Reklam – Yazi

C qrupunun ikinci görüşü də birinci kimi bol qollu keçib.

Bütün qollar ikinci hissədə vurulub. Beş qolun vurulduğu görüşdə Niderland Ukraynaya 3:2 hesabı ilə qalib gəlib. Bu, AVRO-2020-nin hələ ki ən bol qollu matçı sayılır.

****

Niderland millisi yenidən hesabda önə çıxıb. PSV-nin sağ cinah müdafiəçisi Denzel Dumfrays 85-ci dəqiqədə cərimə zərbəsindən sonra başla fərqlənib. Niderland Ukraynaya 3:2 qalib gəlir.

***

79-cu dəqiqədə isə Roman Yaremçuk hesabı 2:2 edib.

Ukrayna millisinin kapitanı da həmkarına cavab verib. İngiltərənin “Vest Hem” klubunda çıxış edən Andrey Yarmolenko 75-ci dəqiqədə AVRO-2020-nin ən gözəl qoluna imza atıb.

***
Meydan sahibləri Almaniyanın “Volfsburq” komandasının hücumçusu Vaut Vexhorstla hesabı 2:0 edib. Qol 59-cu dəqiqədə vurulub.

***

Niderland millisi 52-ci dəqiqədə hesabda önə keçdi. Bu ay PSJ ilə üç illik müqavilə bağlamış komandanın kapitanı Concinio Veynaldum fərqlənib.

****

Niderland – Ukrayna görüşündə ikinci hissə gedir. Tərəflər hələ qapılara yol tapa bilməyib.

***

C qrupunun ikinci görüşündə Niderland millisi Ukrayna ilə öz meydanında qarşılaşır. Oyun artıq başlayıb və hesab açılmayıb.

***

Bu gün AVRO-2020-nin C qrupunun ikinci görüşü keçiriləcək.

Yenicag.az xəbər verir ki, Amsterdamda Yohan Kroyf adına arenada Niderland Ukrayna millisini qəbul edir.

Görüşə komandalar bu taktiki düzülüş və bu start heyətlə çıxacaq:

Niderland (5-3-2): Stekelenburq, Dumfris, Yurien Timber, de Vrey, Blind, van Aanholt, de Roon, Veynaldum (kapitan), Frank de Yonq, Veqhorst, Depay

Ukrayna (4-1-4-1): Buşçan, Nikolenko, Matviyenko, Zabarnı, Karavayev, Zinçenko, Zubkov, Malinovski, Sidorçuk, Yarmolenko (kapitan), Yaremçuk

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv