AVRO-2024: İspaniya Almaniyaya, Portuqaliya Fransaya qarşı

media-hightechnic-468x90

Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, günün ilk qarşılaşması İspaniya və Almaniya yığmaları arasında olacaq. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaqlar. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05